Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-07-2024 , 23:48

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Sumqayıt Bələdiyyəsi tərəfindən asfalt örtüyünün təmirinə başlanılıb

Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, Milli Qəhrəman Əliyar Əliyev küçəsində Sumqayıt Bələdiyyəsi tərəfindən asfalt örtüyünün təmirinə başlanılıb.

Yolun əsas hissələrində vətəndaşların öz hesablarına su və kanalizasiya xətlərinin qeyri - peşəkar və nizamsız salınması asfaltın küçə boyunca döşəməsinə mane olub.

Tərəfimizdən aidiyyəti qurumlarla əlaqə saxlanılıb. Belə ki, gələn il ərzində Yaşıldərənin kanalizasiya probleminin layihəsinin hazır olacağı, növbəti ildə isə icra olunacağı gözlənilir.

Su və kanalizasiya xətləri bərpa olunduqdan sonra yolu tam olaraq əsaslı yeniləmək mümkün olacaq.

Sumqayıt Bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər